Salyanda mikroavtobus aşıb: Bir ölü, yeddi yaralı

   Salyanda mikroavtobus aşıb:    Bir ölü, yeddi yaralı
  06 May 2019    Oxunub:2465
Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Ələt-Astara magistral yolunda mikroavtobus qəzaya uğrayıb, bir uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.
Biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.

Azvision.az



Teqlər: Qəza   Səhiyyə  





Xəbər lenti