Moskvada təyyarə yanıb, 13 nəfər ölüb - VİDEO (Yenilənib)
Azvision.az xəbər verir ki, hadisə zamanı daha 6 nəfər yaralanıb. Sərnişinlərin bir hissəsinin taleyi məlum deyil.
***
(20:43)
Moskva - Murmansk reysi ilə hərəkət edən sərnişin təyyarəsi eniş zamanı yanmağa başlayıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Moskvanın Şeremetyevo hava limanında baş verib.
Təyyarədə olan 72 sərnişin və 6 ekipaj üzvü xilas edilib. Yanğın zamanı 6 sərnişinin xəsarət aldığı, bir nəfərin öldüyü bildirilir.
Hadisə yerinə təcili tibbi yardım briqadaları, xilasedicilər cəlb edilib. Əlavə məlumat verilməyib.
Azvision.az