Biləsu­varda 6 Nepal vətəndaşı saxlanılıb - FOTO

 Biləsu­varda 6 Nepal vətəndaşı saxlanılıb -  FOTO
  04 May 2019    Oxunub:1842
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərə­­findən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi və qeyri-leqal miq­rasiya qarşı mübarizə sahəsində əməliyyat-axtarış və sərhəd müha­fizə tədbirləri davam etdirilir.
Bu barədə Azvision.az Dövlət Sərhəd Xidmətindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, DSX əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı nəticəsində 6 nə­fər Nepal vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qar­şısı alın­ıb.



03 may 2019-cu il tarixində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsu­var rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Nepal vətəndaşları 1987-ci il təvəllüdlü Gana Dil Bahadur, 1994-cü il təvəllüdlü Bhote Mimang, 1997-ci il təvəllüdlü Limbu Khim Shambhu, 2000-ci il təvəllüdlü Limbu Sachit, 1987-ci il təvəllüdlü Angdembe Rom Kumar və 1985-ci il təvəllüdlü Gurung Dinesh sərhəd pozucusu qismində saxlanılıblar.

Saxlanılan şəxslərin 22-25 aprel 2019-cu il tarixlərdə rəsmi qay­dada Qətərdən Doha-Bakı reysi ilə Azərbay­can Respubli­kasına gəlmələri müəyyən olunub. Araşdırma zamanı Nepal vətəndaş­ları dövlət sərhədini pozaraq İran İs­lam Respub­likasına, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildir­iblər.

Fakt üzrə əmə­liy­yat-istintaq tədbirləri davam etdirilir.



Azvision.az


Teqlər: DSX   Nepal   Vətəndaş  





Xəbər lenti