Sumqayıtda ər arvadını, sonra özünü bıçaqlayıb

Sumqayıtda ər arvadını, sonra özünü bıçaqlayıb
  04 May 2019    Oxunub:2160
Sumqayıtda iki nəfərin ağır bədən xəsarətləri alması ilə nəticələnən bıçaqlanma hadisəsi olub.
Azvision.az ONA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində, Mərkəzi bazarın yaxınlığında yerləşən ticarət mərkəzlərinin birində baş verib.

Eynək mağazalarının birində satıcı işləyən qadının yanına həyat yoldaşı gələrək onunla mübahisə edib. Tərəflər arasında qısqanclıq zəminində yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Belə ki, 1992-ci il təvəllüdlü Gülnar Amaşovanı həyat yoldaşı, 1980-ci il təvəllüdlü Elçin Amaşov bıçaqlayıb. Sonra isə E.Amaşov özünə bıçaq xəsarətləri yetirib.

Ağır yaralanan hər iki şəxs xəstəxanaya yerləşdirilib və əməliyyat olunublar. Vəziyyətlərinin stabil olduğu bildirilir.

Məlumata görə, tərəflər bir müddətdir ki, küsülü olublar. Qadın acıq edərək valideynlərinin evinə gedib və boşanmaq istəyirmiş. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Sumqayıt   Bıçaqlanma  





Xəbər lenti