Tələbə-könüllülər yeni aksiyaya başlayır

Tələbə-könüllülər yeni aksiyaya başlayır
  04 May 2019    Oxunub:1501
“BİR” tələbə-könüllülərinin təşəbbüsü ilə “Şuşa yalnız xatirələrdə qalmasın” adlı aksiyaya start verilir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, aksiyanın məqsədi işğalından 27 il ötən Şuşanı tanıtmaq, tələbə-könüllülərin milli ruhunu və vətən sevgisini ön plana çıxarmaqdır.

Aksiya çərçivəsində “BİR” tələbə-könüllülər Şuşa ilə bağlı faktları, xatirələri, şəkilləri, videoları ictimaiyyətin diqqətinə çatdıracaqlar.

Mayın 9-dək davam edəcək aksiyaya qoşulan hər kəs Şuşa haqqında fakt, şəkil, xatirə və ya hər hansı bir mətni #birşuşaxatirəsi və #shushamemories həştəqləri ilə sosial şəbəkədəki şəxsi səhifələrində paylaşacaq.

Aksiya çərçivəsində şuşalıların doğma yurdları ilə bağlı xatirələrinin əks olunduğu videoçarx hazırlanacaq. Hər kəs aksiyaya qoşulmağa dəvət olunur.

Qeyd edək ki, “BİR” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 21 mindən çox üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti