Hindistanda partlayış: 15 polis ölüb

Hindistanda partlayış:  15 polis ölüb
  01 May 2019    Oxunub:1568
Hindistanın Maharaştra ştatında partlayış törədilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə maoçu silahlıların daha fəal olduğu Qadçiroli dairəsində baş verib. Silahlılar polis avtomobilinə yerləşdirilən əldəqayırma partlayıcı qurğunu işə salıblar.

Nəticədə ölkənin hərbiləşdirilmiş polisinin azı 15 döyüşçüsü həlak olub.

Qeyd edək ki, Hindistanda “naksalitlər” adlandırılan maoçular 1960-cı illərdən başlayaraq Bihar, Çhattisqarh, Carkhand, Oriss də daxil olmaqla, ölkənin bir sıra ştatlarda partizan müharibəsi aparırlar.

Azvision.az


Teqlər: Hindistan  





Xəbər lenti