Kiyevdən gələn avtobus dərəyə aşdı: 20-dən çox yaralı var

 Kiyevdən gələn avtobus dərəyə aşdı:    20-dən çox yaralı var
  30 Aprel 2019    Oxunub:2191
Rusiyanın Orlovski vilayətinin Kromsk rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Azvision.az TASS-a istinadən xəbər verir ki, Kiyevdən gələn avtobus "Kamaz" markalı yük avtomobili ilə toqquşaraq yolun kənarındakı dərəyə aşıb.
Hadisə nəticəsində 20-dən çox sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Rusiya   Kiyev   Avtobus   Qəza  





Xəbər lenti