Üç nəfərə pul "atan" dələduz qadınlar tutuldu

Üç nəfərə pul "atan" dələduz qadınlar tutuldu
  27 Aprel 2019    Oxunub:2104
Aprelin 22-də Füzuli rayonunun Əhmədalılar kəndi ərazisində 2 naməlum şəxs kənd sakini Ş.Nəsirovanı aldadıb 200 manat pulunu alıblar.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunan B.Əliyeva və əvvəllər məhkum olunmuş A.Abdullayeva saxlanılıb.

A.Abdullayevanın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 5-də Aşağı Yağlıvənd kənd sakini N.Quliyevanı aldadıb ondan da 423 manat pul alması müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti