Məşhur müğənninin oğlu bıçaqlandı

Məşhur müğənninin oğlu bıçaqlandı
  26 Aprel 2019    Oxunub:2385
Türkiyəli məşhur müğənni Orxan Gəncəbayın oğlu Gökhan Murad Əmrə bıçaqlanıb.
AzVision.az xəbər verir ki, hadisə taksi sürücüsü ilə mübahisə zəminində qeydə alınıb. Yüngül xəsarət alan Gökhan xəstəxanaya yerləşdirilib, onu bıçaqlayan şəxs isə saxlanılıb.

Hadisənin təfərrüatına gəlincə, Gökhan sevgilisi Seda Xanla taksidə olarkən, sürücü ilə mübahisə edib. Adı açıqlanmayan sürücü onun sevgilisinin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra tərəflər arasında dava başlayıb və sürücü bıçağa əl atıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Orxan-Gencebay   Bıçaqlanma  





Xəbər lenti