İsrail səfirliyindən terror AÇIQLAMASI

İsrail səfirliyindən terror AÇIQLAMASI
  21 Noyabr 2013    Oxunub:1023
Son günlər mətbuatda İran vətəndaşlarının İsrailin Azərbaycandakı səfirliyinə qarşı terror cəhdləri ilə bağlı müxtəlif informasiyalar yayılır.

Məlumatlarda səfirliyə və onun əməkdaşlarına hücum etmək cəhdində şübhəli bilinən İran vətəndaşının həbs olunduğu bildirilir.

İnformasiyanın dəqiqliyini öyrənmək üçün AzVision.az İsrailin Bakıdakı səfirliyi ilə əlaqə saxlayıb.

Diplomatik korpusun mətbuat xidmətinin rəhbəri Sevda Əmirova saytımıza açıqlamasında fatkı nisbi olaraq təsdiqləyib.

Səfirliyin əməkdaşı təhlükəsizliyin qorunmasında Azərbaycan hökumətinə etibar etdiklərini bildirib.

“Biz bu barədə heç bir quruma müraciət etməmişik. Ümumiyyətlə səfirlik bu məsələ ilə bağlı heç bir şərh vermək istəmir. Yalnız onu deyə bilərik ki, biz Azərbaycan hökumətinə və bu hökumətin bizi qoruyacağına inanırrıq”

Qeyd edək ki, mətbuatda İsrailin Bakıdakı səfirliyinə və onun əməkdaşlarına hücum etmək cəhdində şübhəli bilinən İran vətəndaşının həbs olunması barədə məlumat yayılıb. 20 noyabr tarixində yayılan xəbərdə deyilir ki, Azərbaycan detektivləri İran vətəndaşının üzərində axtarış apararkən ondan İsrailin Bakıdakı səfirliyinə və onun personalına hücumun müfəssəl planını aşkar edərək götürüblər.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti