Türkiyə XİN: “Trampı ədalətli olmağa dəvət edirik”

  Türkiyə XİN:   “Trampı ədalətli olmağa dəvət edirik”
  25 Aprel 2019    Oxunub:2704
"Ermənilərin uydurduğu subyektiv mülahizələrə əsaslanan fikirlərin heç bir dəyəri yoxdur. Tarixdə baş verənlərin siyasi ambisiyalarla şərh olunması qəbuledilməzdir"
Azvision.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ABŞ prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı açıqlamasına münasibət bildirib.

Türkiyə XİN Trampı ədalətli olmağa çağırıb: "Həmin dövrdə erməni silahlı üsyançıları tərəfindən qətlə yetirilən 500 mindən çox müsəlmanın acısını bir daha xatırlayır və prezident Trampı ədalətli olmağa dəvət edirik".

Bəyanatda, həmçinin qeyd olunub ki, Türkiyə 104 il əvvəl baş verən hadisələrin araşdırılması üçün Birgə Tarixi Komissiyanın yaradılması təklifini qüvvədə saxlayır.

Azvision.az



Teqlər: Türkiyə   XİN   Tramp  





Xəbər lenti