300-dən çox şəxsin pensiyası yenidən hesablanıb

  23 Aprel 2019    Oxunub : 1537
 300-dən çox şəxsin pensiyası yenidən hesablanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi pensiya təyinatı, xüsusilə təyin olunmuş pensiyaların məbləğlərinin hesablanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunmasının vəziyyətini araşdırır.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, araşdırma nəticəsində əvvəlki illərdə bir çox halda təyin olunmuş pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablanması faktları aşkarlanır.

İndiyədək İdarə tərəfindən 300-dən çox şəxsin pensiyası üzrə belə fakt müəyyənləşib və onların pensiya məbləğlərinin qanuna uyğunlaşdırılaraq artırılması təmin edilib (O cümlədən, ailə başçısını itirməyə görə pensiya alanlar üzrə 75 vətəndaşın pensiyası yenidən hesablanmaqla, 45 faiz artırılıb). Eyni zamanda, həmin artımların qeyd olunan şəxslərin pensiya hüququ yarandığı dövrdən hesablanaraq verilməsinə başlanıb.

Beləliklə, vətəndaşların əvvəlki illərdə pozulmuş pensiya hüquqları və onlara qarşı ədalətli yanaşma bərpa olunmaqla, onların pensiyalarında əhəmiyyətli artımlar edilib. Bundan məmnun qalan pensiyaçılar nazirliyə ünvanladıqları müraciətlərdə pensiya hüquqlarının bərpasına və onlarla bağlı ədalətli addımın atılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edirlər. Hazırda müvafiq araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: ƏƏSMN