Qocayev həmkəndlisinı bıçaqla qətlə yetirib

Qocayev həmkəndlisinı bıçaqla qətlə yetirib
  23 Aprel 2019    Oxunub:2211
Aprelin 22-də Qazax rayonunun Çaylı kəndində kənd sakini Məhərrəm Qocayev münaqişə zəminində həmkəndlisi Rahil Cələddinlini bıçaqla qətlə yetirib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən M.Qocayev saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti