Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
  23 Aprel 2019    Oxunub:2347
Cari ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 894,2 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, onun 857,7 milyon manatı heyvandarlıq, 36,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 3,6 faiz, o cümlədən heyvandarlıq məhsulları 2,8 faiz, bitkiçilik məhsulları isə 24,7 faiz artıb.

Azvision.az



Teqlər: Statistika   Məhsul  





Xəbər lenti