Həbsxanaya telefon keçirilməsinin qarşısı alınıb

Həbsxanaya telefon keçirilməsinin qarşısı alınıb
  23 Aprel 2019    Oxunub:1619
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı Cəzaçəkmə müəssisəsinə qadağan olunan əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin İctimai Əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.1; 234.1 və 66.1-ci maddələrinə əsasən 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Səfərbəyov Həsən Rəsul oğlu ilə qısamüddətli görüşə gəlmiş qaynı Füzuli rayon sakini Məmmədov Ramin Əflatun oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əynindəki gödəkcənin cibində gizlətdiyi 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Həbsxana  





Xəbər lenti