"Sağlamlıq turizmi Azərbaycan üçün vacibdir" - Ruslan Quliyev

"Sağlamlıq turizmi Azərbaycan üçün vacibdir" -    Ruslan Quliyev
  23 Aprel 2019    Oxunub:3330
"Azərbaycan sağlamlıq turizm məkanı olaraq unikaldır"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Qlobal Sağlamlıq Forumunun sədri Ruslan Quliyev 3-cü Qlobal Sağlamlıq Turizm Forumu, 5-ci illik ümumi assambleyada çıxışı zamanı deyib. O bildirib ki, bu gün tarixi hadisə olaraq təşkilatın yeni prezidenti Bakıda seçiləcək.

"Burada həmçinin Bakı deklarasiyası qəbul olunacaq. Bu deklarasiya ən yaxın bir neçə ildə üzv ölkələrin bütün təşkilatlarının yol xəritəsi kimi münasibətləri, fəaliyyət planını tənzimləyəcək sənəd olacaq. Sağlamlıq turizmi Azərbaycan üçün vacib və labüddür".

Aytən Zəhra
Azvision.az



Teqlər: RuslanQuliyev  





Xəbər lenti