Prezident əcnəbilərdən hesabat tələb edəcək

Prezident əcnəbilərdən hesabat tələb edəcək
  21 Noyabr 2013    Oxunub:965
Əcnəbilər tərəfindən övladlığa götürülmüş azərbaycanlı uşaqların həyat şəraiti ilə bağlı hesabat hər altı aydan bir hökumətə təqdim ediləcək.
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklərə əsasən, Əsasnaməyə aşağıdakı məzmunda yarımbənd əlavə edilir: "ölkələrarası övladlığa götürmə ilə bağlı hüquqi yardım göstərən akkreditə edilmiş orqanlar barədə, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etmək".

Nazirlər Kabinetinə iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; iki ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin həmin yarımbəndində nəzərdə tutulmuş hesabatı hər altı aydan bir Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.


Teqlər:  





Xəbər lenti