Şri-Lankada ölənlərin sayı 310 nəfərə çatıb

Şri-Lankada ölənlərin sayı 310 nəfərə çatıb
  23 Aprel 2019    Oxunub:1710
Şri-Lankanın paytaxtı Kolomboda və Neqombo şəhərində törədilmiş silsilə partlayışlar nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Bildiilib ki, hazırda yaralıların sayı 500 nəfərdir. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Hadisə ilə bağlı 40 nəfər saxlanılıb.

Qeyd edilib ki, bu gecədən etibarən ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqinə başlanılıb. Hakimiyyət orqanları hücumlarda “Tövhid camaatı” qruplaşmasını ittiham edir.

Azvision.az



Teqlər: Şri-Lanka   Terror   Ölü   Partlayış  





Xəbər lenti