Füzuli rayonunda yanğın olub

  22 Aprel 2019    Oxunub : 702
Füzuli rayonunda yanğın olub
Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 42 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın