Novxanı sakinindən avtomat götürülüb

Novxanı sakinindən avtomat götürülüb
  22 Aprel 2019    Oxunub:2206
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir .
Daxili İşlər Nazirliyindən (DİN) Azvision.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Novxanı qəsəbə sakini əvvəllər oğurluq və narkotik vasitə istifadə etdiyinə görə məhkum olunan M.Mirzəyevə məxsus “Chery” markalı avtomobildən 1 ədəd nömrəsi silinən “AK-74” markalı silah, 1 ədəd patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: Silah  





Xəbər lenti