Türkiyədə müxalifət liderinə hücum edilib - VİDEO

  21 Aprel 2019    Oxunub : 3179
 Türkiyədə müxalifət liderinə hücum edilib - VİDEO
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu hücuma məruz qalıb.

Azvision.az -ın məlumatına görə, bu gün paytaxt Ankarada şəhidin dəfn mərasiminə qatılan partiya sədrinə bir qrup şəxs hücum edib.
Kılıçdaroğlunun mühafizəçiləri müdaxilə edərək insidentin qarşısını alıblar. Daha sonra CHP lideri polislərin müşayiəti ilə evə aparılıb. Onun xəsarət almadığı bildirilir.

Hazırda müxalifət liderinin yaşadığı ev polis nəzarətindədir. Faktla bağlı araşdırma aparılır.



Azvision.az

Teqlər: Ankara   CHP   Türkiyə