Zelenski səs verdi: “Ədalətli seçki qalib gələcək”
Azvision.az xəbər verir ki, prezidentliyə namizəd Vladimir Zelenski artıq səsvermə hüququndan istifadə edib.
Ukrayna Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Bakı vaxtı ilə saat 12:00-dək əhalinin 7,93%-i səsvermədə iştirak edib.
Qeyd edək ki, Ukraynada prezident postu uğrunda mübarizə hazırki ölkə başçısı Pyotr Poroşenko ilə şoumen Vladimir Zelenski arasında gedir. Rəy sorğuları Zelenskinin daha şanslı olduğunu göstərir.
Azvision.az