Bakıda sərnişin avtobusu maşınla toqquşdu - 5 yaralı var

  21 Aprel 2019    Oxunub : 1535
 Bakıda sərnişin avtobusu maşınla toqquşdu - 5 yaralı var
Bakının Binəqədi rayonunda yol qəzası baş verib.
Azvision.az “Report”a istinadən xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.

Azvision.az

Teqlər: Qəza   Avtobus