Paytaxtda evdən qadın meyiti tapılıb

  20 Aprel 2019    Oxunub : 634
 Paytaxtda evdən qadın meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Hümbətova Enfira Hümbət qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Azvision.az


Teqlər: FHN   Xilasetmə