Qazaxıstanda avtobus qəzası - 11 ölü, 29 yaralı

Qazaxıstanda avtobus qəzası -    11 ölü, 29 yaralı
  20 Aprel 2019    Oxunub:2728
Qazaxıstanda ağır yol nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, Almatı-Daşkənd yolunda sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər həlak olub, 29 nəfər yaralanıb. Onlardan 8-si hadisə yerində, 3 nəfər isə xəstəxanada ölüb.

Məlumata əsasən, "Toyota Camry" markalı avtomobil yolun kənarında dayanan yük maşını ilə toqquşub. Hərəkətdə olan sərnişin avtobusu qəzadan yayınmaq istəsə də, sürücü idarəetməni itirib. Nəticədə avtobus yol kənarına aşıb.

Azvision.az



Teqlər: Qazaxıstan   Avtobus   Qəza  





Xəbər lenti