Ağac kəsməyə görə 2960 manat cərimə

Ağac kəsməyə görə 2960 manat cərimə
  19 Aprel 2019    Oxunub:2114
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Yasamal rayonu A.Abbasov küçəsi 78 ünvanında köküstə yaş müxtəlif cinsli 4 ağacın kəsildiyi aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı ağacların Sabunçu rayon sakini Rövşən Əkbərov tərəfindən kəsildiyi müəyyən olunub.

Faktla bağlı təqsirkar barəsində akt, protokol tərtib edilib və ona 2960 manat məbləğində cərimə tətbiq olunub.

Azvision.az


Teqlər:





Xəbər lenti