Matviyenko yenidən MDB-də sədr seçildi

   Matviyenko yenidən MDB-də sədr seçildi
  18 Aprel 2019    Oxunub:1309
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko MDB-yə üzv ölkələrin Parlamentlərarası Assambleya Şurasının sədri postuna yenidən seçilib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, səsvermə MDB Parlamentlərarası Assambleya Şurasının iclası zamanı keçirilib.

“Çox təşəkkür edirəm, bu etimadınıza görə minnətdaram... Bir halda ki, siz bu vəzifəni mənə etibar etdiniz, daha böyük enerji ilə sizinlə birlikdə təşkilatımızı ölkələrimizin və Parlamentlərarası Assambleyamızın məşğul olduğu gündəmin xeyrinə doğru irəliyə aparmağa çalışacam” – Matviyenko bildirib.

Qeyd edək ki, aprelin 12-də Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xanım Matviyenko ilə görüş keçirib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər:





Xəbər lenti