Sabiq prezidentin qardaşları da həbs olundu

  Sabiq prezidentin qardaşları da həbs olundu
  18 Aprel 2019    Oxunub:2358
Sudanın sabiq prezidenti Ömər əl-Bəşirin qardaşları Abdullah və Abbas həbs edilib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş prezidentin qardaşları vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar.

Qeyd edək ki, aprelin 11-də Sudanda dövlət çevrilişi olub. Prezident Ömər əl-Bəşir, ölkənin sabiq müdafiə naziri Əbdurrəhim Hüseyn, hakim Milli Konqres Partiyasının sədri Əhməd Harun, əl-Bəşirin sabiq müavini Əli Osman Tah, həmçinin Prezident Qvardiyasının üzvləri həbs olunublar.

Azvision.az



Teqlər: Sudan   Həbs  





Xəbər lenti