Məmmədyarov müavinini Moskvaya göndərdi

Məmmədyarov müavinini Moskvaya göndərdi
  20 Noyabr 2013    Oxunub:1026
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Moskvaya yola düşəcək.
XİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfərdə məqsəd noyabrın 21-22-də Moskvada keçiriləcək Xəzər dənizinin hüquqi statusunu müəyyən edən konvensiyanın hazırlanması üzrə Xəzəryanı ölkələin XİN rəhbərlərinin müavinləri səviyyəsində yaradıəlmış İşçi Qrupun 34-cü iclasında iştirak etməkdir.

İclasa beş Xəzəryanı ölkənin- Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın nümayəndə heyəti qatılacaq. Açılış mərasimində Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edəcək.

İclasda Konvensiya üzərində iş aparmaqla yanaşı, 2014-cü ildə Rusiyada keçirilməsi nəzərdə tutulan 4-cü Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə görüşünə hazırlıqla bağlı aktual məsələlər müzakirə olunacaq.




Teqlər:  





Xəbər lenti