Bakıda 17 marşrutun istiqaməti dəyişəcək

  Bakıda 17 marşrutun istiqaməti dəyişəcək
  17 Aprel 2019    Oxunub:3088
Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran Pri yarışları ilə əlaqədar yollarda hərəkətin məhdudlaşdırıldığı günlərdə müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz fəaliyyəti təmin ediləcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a verilən məlumatda deyilir ki, sərnişinlərin rahat və maneəsiz daşınması üçün Bakı şəhər halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək.

Məlumat üçün bildiririk ki, müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər aprelin 22-dən tətbiq ediləcək və tədbir tam başa çatana qədər qüvvədə olacaq.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti