Qızının sevgilisini öldürən ata ilə bağlı rəsmi açıqlama

Qızının sevgilisini öldürən ata ilə bağlı rəsmi açıqlama
  20 Noyabr 2013    Oxunub:1142
Oğuz rayonunun Muxas kənd sakinini qətlə yetirib hadisə yerindən qaçmış şəxs tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 19-da Oğuz rayonunun Muxas kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Binyami Yusifov qısqanclıq zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Rüfət Salamovu qətlə yetirərək hadisə yerindən qaçıb.

Oğuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Yusifov tutulub, ondan 1 ədəd nömrəsi silinmiş, lüləsi kəsilmiş, müvafiq sənədləri olmayan "İJ-18E" markalı ov tüfəngi götürülüb.




Teqlər:





Xəbər lenti