Sərnişinləri qorxuya salan avtobus xətdən çıxarıldı

 Sərnişinləri qorxuya salan avtobus xətdən çıxarıldı
  17 Aprel 2019    Oxunub:2955
Bakı yollarında təhlükə saçan 525 nömrəli marşrut avtobusu xətdən çıxarılıb.
Bu barədə Azvision.az -a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. Qurum rəsmisi bildirib ki, bununla bağlı daşıyıcı şirkətə qarşı tənbeh tədbirləri görülüb.

“525 nömrəli marşurut xətti ilə hərəkət edən avtonəqliyyat vasitəsinin amartizasiyasında problem var. Bununla əlaqədar dayışıcı şirkət və regional şöbəyə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən məlumat verilib. Həmin avtobusun təmir olunan müddətdə xətdən uzaqlaşdırılması və xəttə bunun yerinə digər alternativ avtobusun buraxılması tapşırılıb. Şirkətə tənbeh tədbirləri görülüb”, - N.Allahyarova vurğulayıb.

Qeyd edək ki, bu məsələ ilə bağlı ilk xəbəri Azvision.az saytı yayıb.

Aytən Zəhra
Azvision.az




Teqlər: Avtobus   Bakı   Marşrut  





Xəbər lenti