Füzuli Musayev evlənmə xəbərinə aydınlıq gətirdi

Füzuli Musayev evlənmə xəbərinə aydınlıq gətirdi
  20 Noyabr 2013    Oxunub:8231
Mətbuatda Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayevin müğənni Ayan Babakişiyeva ilə gizli ailə həyatı qurması haqda məlumatlar yayılıb.

AzVision.az xəbər verir ki, Füzuli Musayev virtualaz.org saytına açıqlama verərək mətbuatda haqqında belə məlumatların yayılmasına çox təəssüfləndiyini bildirib:

“Bunu yazanlar boş-boş işlərlə məşğuldur. Mən ailəli adamam. Bunları yazmağa nə ehtiyac var? Çox təəssüflənirəm ki, mətbuatda belə yalan məlumatlara yer verilir”.

F.Musayev bu xəbəri həm də özünə qarşı kiminsə qərəzli mövqeyi kimi qiymətləndirib: “Bizi istəyənlər də var, istəməyənlər də. Görünür, kimsə bizi istəmir və qərəzli şəkildə belə məlumatlar yayır. Bu iddianı yazanlar ən azından onu dəqiqləşdirə bilərdilər”.


Teqlər:  





Xəbər lenti