Müxalifətdən Eldar Namazova ağır zərbə

Müxalifətdən Eldar Namazova ağır zərbə
  20 Noyabr 2013    Oxunub:968
“Rəsul Quliyevin Milli Şuraya yönəlik sistemli böhtan və iftira kampaniyası Eldar Namazovu qətiyyən narahat etmir,verdiyi müsahibədən də aydın olur ki, onun da hədəfi Rəsul Quliyev kimi Müsavatdı”.
AzVision.az-ın məlumatına görə, bunu Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli bildirib. Facebook səhifəsində “El” hərəkatının sədri Eldar Namazovu topa tutan V.Hacıbəyi onun Milli Şuradan uzaqlaşdırılmasını tələbə edib.

“Bu halda Eldar Namazovun Milli Şuranın icra orqanına rəhbərlik etməyə mənəvi haqqı varmı? Mənə elə gəlir ki,Milli Şuradakı sağlam qüvvələr bir çox digər aktual məsələlər kimi bu məsələyə də növbəti sessiyada aydınlıq gətirməyi bacaracaqlar”.

V.Hacıbəyli daha sonra Rəsul Quliyevin Milli Şura ilə bağlı açıqlamalarına münasibət bildirərək onunla Eldar Namazov arasında paralel aparıb.

“Eldar Namazov müsahibəsində deyib ki, Milli Şuraya daxil olan bütün partiyalarla birlikdə Cəmil Həsənlinin namizədliyini dəstəkləyirdik, kampaniyada iştirak edirdik.Onun sözündən belə çıxır ki, Cəmil Həsənlinin 0.5 faiz səs toplayacağına dair açıqlama verən Rəsul Quliyev də bu sıradadır. Namazov birbaşa deməyə siyasi cəsarəti çatmasa da Milli Şuranın fəaliyyəti barədə mövqelərini açıqlayan Musavat funksionerlərini dolayısı ilə hakimiyyətə işləməkdə ittiham edib. Eyni ittihamları Rəsul Quliyev də son müsahibəsində səsləndirib. O da Cəmil Həsənlini dəstəkləyənləri hakimiyyətə işləməkdə suçlayıb. Hətta buna görə onların hakimiyyətdən pay aldığını da dilə gətirib”-deyə partiya sədri vurğulayıb

AzVision.az


Teqlər:  





Xəbər lenti