ABŞ prezidentlərin Vyana görüşündən razı qaldı

ABŞ prezidentlərin Vyana görüşündən razı qaldı
  20 Noyabr 2013    Oxunub:1021
“ABŞ prezidenlərin Vyana görüşündən məmnundur”.

ABŞ-nın Xarici İşlər Nazirliyinin sözçüsü Jen Psaki prezident İlham Əliyevlə Serj Sarkisyanın Vyana görüşü barədə rəsmi Vaşinqtonun mövqeyini açıqlayıb.

AzVision.az-ın məlumatına görə, Ağ ev rəsmisi
bildirib ki, ABŞ prezidentlərin Vyanada keçirilən görüşdən məmnundur:

"Biz Azərbaycan və Ermənistan prezidentlərinin bu birinci addımlarını alqışlayırıq. Tövsiyə edirik ki, onlar yaxın aylarda növbəti görüş barədə razılığa gəlsinlər"

Onun sözlərinə görə, iki il fasilədən sonra prezidentlərinin ilk görüşü dialoqun yenidən baxılması üçün mühüm addımdır və liderlərinin Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə sadiqliyini nümayiş etdirir:

"ABŞ, Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədri kimi, hər iki prezidenti iki ölkənin insanları üçün ağır yük olan münaqişənin sülh yolu ilə həlli istiqamətində fəal işləməyə təkidlə çağırır".

Qeyd edək ki, dünən Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü keçirilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti