Evlərdən 77 min manat oğurlayan dəstə ələ keçdi

Evlərdən 77 min manat oğurlayan dəstə ələ keçdi
  15 Aprel 2019    Oxunub:2563
Oğurluq etdiyinə görə tutulan İ.Salayevin ətrafında Yasamal Rayon Polis İdarəsinin 26-cı və 28-ci Polis Bölmələrinin əməkdaşları tərəfindən aparılman əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini C.Namazova və Şirvan şəhər sakini A.Balayevlə birgə evlərin birindən 12.000 manat və 35.000 ABŞ dolları oğurlaması da müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində C.Namazova və A.Balayev polis əməkdaşları tərəfindən saxlanılıblar.

İ.Salayevin və A.Balayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların digər bir evdən 5500 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib. Faktla bağlı araşdırmalar davam edir.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti