Azərbaycanın Avropaya inteqrasiyası müzakirə edildi

Azərbaycanın Avropaya inteqrasiyası müzakirə edildi
  20 Noyabr 2013    Oxunub:934
Azərbaycan-İsveç münasibətlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Noyabrın 19-da Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Adış Məmmədov bu ölkənin parlamentinin sədri Per Vesterberq ilə görüşüb.

Səfirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan-İsveç münasibətləri müzakirə olunub, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Səfir Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolundan danışmış, həyata keçirilən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin əhəmiyyətinə toxunub.

Sonra səfir A.Məmmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı parlamentin sədrinə geniş məlumat vermiş, Azərbaycan dövlətinin və hökumətinin münaqişə ilə bağlı mövqeyini bildirərək, problemin həllində beynəlxalq təşkilatların daha da fəal olmalarının zəruriliyini vurğulayıb.

İsveç parlamentinin sədri Per Vesterberq Azərbaycan–Avropa əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamış, hər iki ölkənin parlamentlərinin bu istiqamətdəki fəaliyyətinin əhəmiyyətindən danışıb.


Teqlər:





Xəbər lenti