Türkiyə və ABŞ-nın Qarabağ rəyi

Türkiyə və ABŞ-nın Qarabağ rəyi
  20 Noyabr 2013    Oxunub:1062
Türkiyə və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini müzakirə ediblər. Dağlıq Qarabağ probleminin həlli Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın Rusiyaya qarşıdakı səfəri zamanı da müzakirə olunacaq.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Birləşmiş Ştatlarda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Vaşinqtonda ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması da müzakirə olunub.

Görüşdən sonra keçirilən mətbuat konfransında türkiyəli nazir bildirib ki, amerikalı həmkarı ilə Dağlıq Qarabağ probleminin həlli həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də ikitərəfli formatda müzakirə olunub. Yekun rəy ondan ibarət olub ki, bu münaqişənin həlli Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması baxımından çox vacibdir.

Ə.Davudoğlu əlavə etmişdir ki, Dağlıq Qarabağ probleminin həlli Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya qarşıdakı səfəri zamanı da müzakirə olunacaq.


Teqlər:  





Xəbər lenti