Pakistandakı partlayışda azyaşlı uşaq ölüb

Pakistandakı partlayışda azyaşlı uşaq ölüb
  13 Aprel 2019    Oxunub:1454
Pakistanın Əfqanıstanla sərhəddəki Çaman şəhərində bazarda motosikletə bərkidilmiş partlayıcı qurğunun məsafədən işə salınması nəticəsində bir azyaşlı uşaq ölüb, daha 8 nəfər isə xəsarət alıb. Onlardan 5-nin təhlükəsizlik əməkdaşı olduğu bildirilir.
Azvision.az “Xinhua” agentliyinə istinadən xəbər verir ki, ölən uşağın yaşı dəqiqləşdirilmir. Yaralılardan 3-nün vəziyyəti isə ağırdır.

Terakta görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Hadisə yerinə çoxsaylı təhlükəsizlik qüvvələri və təcili tibbi yardım maşınları cəlb olunub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Pakistan   Terror  





Xəbər lenti