BMT komissarı və Nobel Fondunun sədri İlham Əliyevi təbrik etdi

BMT komissarı və Nobel Fondunun sədri İlham Əliyevi təbrik etdi
  20 Noyabr 2013    Oxunub:1155
BMT-nin qaçqınlar üzrə ali komissarı və Nobel Fondunun sədri Azərbaycan Prezidentini təbrik ediblər.

AzVision.az xəbər verir ki, BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik etməkdən şərəf duyuram.

Azərbaycanda məcburi köçkünlər üçün həll yolunun tapılması, sığınacaq və qaçqın proseduralarının bundan sonra da yüksək Avropa standartlarına uyğun inkişafı üçün Sizin rəhbərliyiniz altında Hökumətiniz ilə təşkilatımız arasında əməkdaşlığın daha da gücləndirilməsinə böyük ümid bəsləyirəm.

Fürsətdən istifadə edərək, Azərbaycan ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında 20 ildən çox davam edən əməkdaşlıq və tərəfdaşlıq üçün Sizə dərin minnətdarlığımı bildirmək istərdim.

“Zati-aliləri, xahiş edirəm yüksək hörmət və ehtiramımı qəbul edin".

Nobel Davamlı İnkişaf Fondunun sədri və qəyyumu Qustaf Nobel, Nobel Davamlı İnkişaf Fondunun sədr müavini Piter Nobel, Bakı Nobel İrsi Fondunun sədri Toğrul Bağırov və Beynəlxalq Nobel Qardaşlıq Fondunun təsisçisi və prezidenti Filip Nobel də Prezident İlham Əliyevi təbrik ediblər: "Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Bütün Nobel ailəsinin adından Sizə uğurlar diləyirik.

Zati-aliləri, Sizin güclü rəhbərliyiniz, Azərbaycanı demokratiyaya və inkişafa doğru irəlilətmək səyləriniz yüksək qiymətləndirilməlidir. Dünya ictimaiyyəti, liderlər, xalqlar Azərbaycan, onun şanlı keçmişi və Sizin ali rəhbərliyinizlə möhtəşəm gələcəyi haqqında daha çox məlumatlı olmalıdır. Bütün bunlarla yanaşı, Azərbaycanda həyata keçirilən Nobel layihələrinə göstərdiyiniz dəstəyə görə Sizə bir daha təşəkkür edirik".


Teqlər:  





Xəbər lenti