İlham Əliyev Haynts Fişerlə görüşüb - FOTOLAR

İlham Əliyev Haynts Fişerlə görüşüb - FOTOLAR
  19 Noyabr 2013    Oxunub:1099
Vyanada, “Hofburq” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Prezidenti Haynts Fişer ilə görüşmüşüb.

Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, münasibətlərin bundan sonra da genişləndirilməsinə əminlik bildirilib.

Söhbət zamanı ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Qalereya




Teqlər:  





Xəbər lenti