Rusiya Ermənistanla vahid Müdafiə sistemi yaradır

Rusiya Ermənistanla vahid Müdafiə sistemi yaradır
  19 Noyabr 2013    Oxunub:1252
Rusiya Belarusla vahid Hava Hücumundan Müdafiə (HHM) sistemini gücləndirmək və analoji sistemi Ermənistan və Qazaxıstanla formalaşdırmağa hazırlaşır.

AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

V.Putin bildirib ki, bu cür əməkdaşlıq Rusiya və tərəfdaşların müdafiə potensialını hiss ediləcək dərəcədə artırır və Avrasiya məkanında sülh və sabitliyin möhkəmlənməsinə xidmət edir.Prezidentin sözlərinə görə, bu il Rusiya və Belarus arasında "Qərb-2013" strateji təlimləri uğurla keçirilib. Və Ermənistan, Belarus, Qazaxıstan və Tacikistanın iştirakı ilə regional qoşun qruplaşmalarının yaradılması planlaşdırılır.


Teqlər:  





Xəbər lenti