Misirdəki atışmada 11 nəfər ölüb

Misirdəki atışmada 11 nəfər ölüb
  11 Aprel 2019    Oxunub:1421
Misirin Qırmızı dəniz sahilindəki Sinay yarımadasında baş verən atışma nəticəsində 11 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Misirin Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, atışma Şimali Sinay əyalətinin Əl-Ariş mərkəzi rayonunuda Misir təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşma arasında baş verib. Ölənlərin hamısının qruplaşma üzvü olduqları bildirilir.

İnsidentlə bağlı əlavə məlumat verilmir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Misir   Atışma  





Xəbər lenti