ABŞ səfiri: “ASAN-ı görüb fərəhləndim”

ABŞ səfiri: “ASAN-ı görüb fərəhləndim”
  09 Mart 2013    Oxunub:850
“Mən həmişə demişəm və bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın sabitliyinin və inkişafının ən yaxşı təminatı davamlı iqtisadi və siyasi islahatlardan keçir. Prezident Əliyevin vəzifəli şəxslərin vəzifələrindən sui-istifadə etməsi, eyni zamanda korrupsiya halları ilə bağlı bütün rayonlarda baş verənlər haqqında son bəyanatı bizi sevindirir”.

Bunu “Azadlıq” qəzetinə müsahibəsində Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
Bu bəyənatın vətəndaşların qanuni şikayətlərinin dinlənilməsi və həll edilməsi üçün şərait, vətəndaşların hökumətin onların gündəlik həyatına müdaxiləsi olmadan azad şəkildə fəaliyyət göstərməsi üçün müvafiq imkan yaradacağına inandığını deyən səfir, “Asan Xidmət”in fəaliyyətini xüsusi qeyd edib:

- Mən Bakıda “Asan Xidmət” qurumuna baş çəkdim, fərəhləndim və xoş təəssüratlar yaratdı. Bilirəm ki, hökumətin qarşıdan gələn aylarda və illərdə “Asan Xidməti” Bakının digər ərazilərinə və ölkənin digər yerlərinə genişləndirmək və orada yaratmaq planları var. Ümidvarıq ki, bu baş verəcək.


Teqlər:  





Xəbər lenti