Moskva görüşündə həmsədrlər də iştirak edəcək

Moskva görüşündə həmsədrlər də iştirak edəcək
  11 Aprel 2019    Oxunub:1922
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar prosesi çərçivəsində aprelin 15-də Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə erməni həmkarı Zohrab Mnatsakanyan arasında baş tutacaq növbəti görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. O, həmçinin, nazirlərin görüşünə Rusiya XİN rəhbəri Sergey Lavrovun qatılacağını da təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan XİN nazirlərin növbəti görüşünün 15 apreldə Moskvada keçiriləcəyi və danışıqlarda Rusiya xarici işlər naziri Sergey Lavrovun da iştirak edəcəyi barədə məlumat yayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər:





Xəbər lenti