Bakıda bankda yanğın: 5 nəfər tüstüdən zəhərlənib

 Bakıda bankda yanğın:   5 nəfər tüstüdən zəhərlənib
  11 Aprel 2019    Oxunub:2840
“Accessbank”da yanğın baş verib.
Hadisə bankın Bakı şəhəri, Tbilisi prospketi 3 ünvanında yerləşən mərkəzi ofisində qeydə alınıb. Yanğın nəticəsində bankın mühafizə xidmətinin 5 əməkdaşı xəsarət alıb. Bunlar 1985-ci il təvəllüdlü Vüqar Məmmədov, 1984-cü ildə anadan olmuş Soltan Mirzəyev, 1985-ci il təvəllüdlü Əli Manafov, 1988-ci il təvəllüdlü Əkbər Nəsirov və1987-ci il təvəllüdlü Fərid Əhmədovdur. Onlar tüstüdən zəhərlənib.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.(Report)

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti