Düşmən Qarabağda təxribatlara hazırlaşır

   Düşmən Qarabağda təxribatlara hazırlaşır
  11 Aprel 2019    Oxunub:1767
Ermənistan silahlı qüvvələrinin bölmələri işğal altında olan Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıb.
Azvision.az Ordu.az-a istinadən xəbər verir ki, Ermənistan ordusu işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisi ilə yanaşı, rayonun Şahbulaq, Tərnöyüt və Kəngərli kəndləri ərazisində də hərbi təlimlər keçirir. Təlimlərə atıcı silahlarla yanaşı artilleriya vasitələri və bir sıra hərbi texnika da cəlb edilib.

Təxminən dünən axşam saatlarından eşidilən partlayış səsləri davam edir. Atılan mərmilər əsasən dağ massivlərinə və dağətəyi kəndlərə düşür.

Azvision.az



Teqlər: Qarabağ   Təlim  





Xəbər lenti