Gülər Əhmədovanın vəkili dələduzluq etdi

Gülər Əhmədovanın vəkili dələduzluq etdi
  19 Noyabr 2013    Oxunub:1169
Penitensiar Xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilın məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 177.3.2; 181.2.2; 185.2.1; 228.4 və 326.2 maddələri ilə təqsirli bilinərək Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qərarı çıxarılmış, hazırda Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Dadaşov Emil Rafail oğlunun hüquqlarını müdafiə edən Vəkillər Kollegiyasının 1 saylı hüquq məsləhətxanasının vəkili Mustafayev Rafiq Həmid oğlu onunla görüşə gələrkən müəssissənin Nəzarət Buraxılış Məntəqəsində xidmət edən əməkdaşlar tərəfindən xəbərdar edilməsinə baxmayaraq, ona məxsus əl çantasından içərisində “Sim” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, R. Mustafayev eks-deputat Gülər Əhəmədovanın vəkili idi.

AzVision.az


Teqlər:  





Xəbər lenti