Merkel “Brexit”in təxirə salınmasını dəstəklədi

Merkel “Brexit”in təxirə salınmasını dəstəklədi
  10 Aprel 2019    Oxunub:2494
Almaniya kansleri Anqela Merkel bu gün Brüsseldə keçiriləcək “Brexit” üzrə fövqəladə sammitdə Avropa İttifaqı (Aİ) ölkələrinin liderlərindən Böyük Britaniyanın Aİ-dan “boşanması” vaxtının uzadılmasını istəyəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Merkel bunu Britaniya baş naziri Tereza Meylə keçirdiyi görüşdən sonra alman deputatların suallarını cavablandırarkən deyib. Lakin bildirib ki, əvəzində London qərar gəldiyi andaca “Brexit”in dərhal həyata keçəcəyinə dair zəmanət verməlidir.

“Bu, tarixi qərardır. İlk dəfədir ki, üzv ölkə Aİ-nı tərk edir. 5, yaxud 10 ildən sonra biz bu məsələni necə dəyərləndirəcəyik? Düşünürəm ki, biz “Brexit”in vaxtının, çox da uzatmamaq şərtilə, bir neçə aya təxirə salınmasına razılıq verməliyik. Bununla da, Britaniya öz qərarını verdiyi anda İttifaqdan ayrılma dərhal baş tuta bilər” – Merkel vurğulayıb.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Britaniya   Almaniya   Avropaİttifaqı  





Xəbər lenti