Allahşükür Paşazadə erməni katolikosuna məktub yazdı

Allahşükür Paşazadə erməni katolikosuna məktub yazdı
  19 Noyabr 2013    Oxunub:1029
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə erməni katolikosu II Qareginə məktub göndərib.
Bu barədə APA-ya QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Şeyxin məktubu bir müddət əvvəl II Qareginin xahişi ilə Azərbaycanda əsirlikdə olan hərbçi Akop İnciqulyanla görüşünün nəticəsi ilə bağlıdır. Lakin məktubun detalları açıqlanmır.

Qeyd edək ki, A. Paşazadə erməni əsirlə görüşündə Ermənistana qayıtmasında ona yardımçı olmağı təklif etsə də, A. İnciqulyan bundan imtina edərək, üçüncü ölkəyə getmək istədiyini bildirib.

A. İnciqulyan Şeyxdən buna yardım etməsini istəyib.


Teqlər:  





Xəbər lenti